Ermənilər bu gecə də Qarabağda müxtəlif bəhanə ilə səngər qazmağa cəhd etdi...

Müdafiə Nazirliyi də rəsmi məlumat yayıb ki, sentyabrın 8-i saat 00:25 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ağdam rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri qarşısında yeni səngərlər qazmağa cəhd ediblər. Sitat: "Ordumuzun bölmələri tərəfindən görülən tədbirlər nəticəsində aparılan işlər dayandırılıb".

Bəli, keçinin buynuzu qaşınanda başını çobanın çomağına sürtər... Ermənilər 44 günlük müharibədə aldıqları biabırçı məğlubiyyətin acısını indi keçi nümunəsində kompensasiya etmək istəyirlər. Səngər qazmaqla nə demək istədikləri də hər kəsə bəllidir. Bu isə əslində səngər yox, özünə qəbir qazmadır! Niyə? Çenki ermənilər yaxşı bilir ki, gec-tez o separatçılar Qarabağdan könüllü rədd olub getməsə, Azərbaycan ordusu onları qəbirlik edəcək. Yaxşı ki, bəri başdan özlərinə qəbir qazırlar...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN