Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya-Ermənistan forumunun iştirakçılarına müraciət edib ki, Moskva bütün bəlalarda Rusiyanı günahlandıraraq Rusiya Federasiyası ilə Ermənistan arasında düşmənçiliyi qızışdırmağa cəhd etməyi qəbuledilməz hesab edir.

“Biz erməni xalqının bütün bəlalarına görə Rusiyanı günahlandırmaqla xalqımız arasında düşmənçilik və nifrət salmaq cəhdlərini qəbuledilməz hesab edirik”, - diplomat bildirib.

O, həmçinin “Sputnik Ermənistan”ın köşə yazarı Aşot Gevorqyan və bloger Mikael Badalyanın saxlanmasını ölkələr arasında əlaqələri bulandırmağa yönəlmiş təxribat adlandırıb.

Bundan əlavə, Zaxarova Ermənistanda Rusiyanı gözdən salmaq gündəliyi ilə gündəmə gələn qərbyönlü media strukturlarının artmasına işarə edib.

Diplomat qeyd edib ki, Ermənistanın qanunu pozmayan Rusiya xadimlərini ölkəyə buraxmaması İrəvanla Moskva arasında münasibətlərə ciddi ziyan vurur.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN