Rusiya taxıl sazişindən çıxdıqdan sonra Ukrayna taxıl gəmiləri üçün alternativ dəhlizlə bağlı müzakirələr fonunda Türkiyə hərbi gəmilərin Qara dənizə keçidinin məhdudlaşdırılmasına dair Montrö Konvensiyasına əməl etmək üçün təzyiq altındadır, lakin mövqeyini dəyişməyəcək.

Bu barədə mətbuata Ankaradakı diplomatik mənbə məlumat verib.

“Biz (Montrö Konvensiyasının müddəalarının) tətbiqini rəsmən elan etdiyimiz ilk gündən təzyiqlər var. Amma bizim prinsipial mövqeyimiz dəyişməyib”, - deyən mənbə Ankaraya təzyiq edən ölkələrin adlarını çəkməkdən imtina edib.

2022-ci ilin dekabrında NATO Bosfor və Çanaqqala boğazlarında naviqasiyanı tənzimləyən və oradan hərbi gəmilərin keçməsini qadağan edən Montrö Konvensiyasına uyğunluqla bağlı mövqeyini yenidən nəzərdən keçirmək üçün Türkiyəyə təzyiqi artırıb.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN