Gürcüstan Avropa İttifaqına (Aİ) üzvlük üçün namizəd statusu alındıqdan sonra islahatların aparılmasını dayandırmayacaq və təşkilata tamhüquqlu üzvlük əldə olunana qədər davam etdirəcək.

Bunu respublikanın Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri İlya Darçiaşvili deyib.

“Bu 12 tövsiyə ölkəmizin iddialı islahatlar gündəliyinin bir hissəsidir. Biz islahat prosesini bu il başa çatdırmırıq. Bu proses Gürcüstan Avropa İttifaqının tamhüquqlu üzvü olana qədər davam edəcək”, - o deyib.

Nazir bildirib ki, ötən həftə Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Josep Borrell ilə tövsiyələrin icrasını müzakirə edib. O, Gürcüstana səfərini həm praktiki baxımdan, həm də onun üçün seçilən vaxtı nəzərə alaraq ən vacib səfər adlandırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN