İstehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar işçilərin hansı hüquqları vardır, bu hallar - əmək qanunvericiliyi ilə necə və hansı qaydada tənzimlənir,bədbəxt hadisələr necə təhqiq edilməli və necə qeydə alınmalıdır?
TEZADLAR.AZ-ın suallarını hüquqşünas Azər Quliyev cavablandırıb.
O, diqqətə çatdırıb ki, ilkin olaraq istehsalatda baş vermiş bədbəxt hadisədə, peşə xəstəliyində tam və ya qismən təqsiri olan işəgötürənlər: işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanmasıilə əlaqədar dəymiş zərərin, müalicə olunması üçün çəkdiyi, həm müavinətlər verilməsi ilə əlaqədar nəzərdə tutulan bütün xərcləri tam ödəməlidir.
Hüquqşünas xatırladıb ki, işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin yüngül vəya ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən - Əmək Müfəttişliyi Xidmətinə məlumat verməyə borcludur.
"3.Əgər işəgötürən bədbəxt hadisə ilə bağlı - Dövlət Əmək Müfəttişliyi Xidmətinə müvafiq məlumat vermirsə, bu halda İşçi, qohumları aşağıdakı qurumlara məlumat verməlidirlər:
Həmkarlar ittifaqı Təşkilatına, onun yuxarı orqanına, Əmək Müfəttişliyi Xidmətinə, polis, və ya rayon prokurorluq orqanlarına.
4. Əgər işəgötürən, işçi və ya onun qohumu bədbəxt hadisə ilə bağlı - Əmək Müfəttişliyi Xidmətinə və digər orqanlara məlumat verməzsə və hadisə gozlədilərsə, bu halda İşçi və ya onun qohumları gələcəkdı bədbəxt hadisənin baş verməsini sübut edə bilməz, sübut etməkdə problemlər yaşayar, bu hadisə ilə əlaqədar sığorta pulu, müavinət və digər xərcləri ala bilməzlər.
5. İstehsalatda işçi ilə əlaqədar baş vermiş aşağıdakı bədbəxt hadisələr təhqiq edilməli və qeydə alınmalıdır:
5.1. Əmək vəzifələrini yerinə yetirərkən, o cümlədən ezamiyyət zamanı, müdiriyyətin tapşırığı olmasa belə, müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən.
5.2. Müəssisəyə məxsus və ya müəssisənin müqaviləsi,sifarişi əsasında kənar vəya digər təşkilatdan verilmiş nəqliyyatda işə gedər və yaxud işdən qayıdarkən.
5.3. Müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində.
5.3. Keçirildiyi yerdən asılı olmayaraq idarə və müəssisələr tərəfindən iməclik tədbirləri keçirildiyi müddətdə.
5.4. İşçi: qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddətdə.
5.5. İstehsal avadanlıqları və obyektlərində qəza zamanı
5.6. Növbə istirahətində olan işçilər (bələdçi, növbədə olan sürücü, dəniz, çay və hava nəqliyyatlarının ekipaj üzvləri, növbə üsulu ilə işləyənlər və başqaları) növbə (vaxta) qəsəbəsinin ərazisində olduqları vaxt.
5.7. İşçilər xidmət obyektlərinin arasında hərəkət etməklə (iş vaxtı ümumi istifadədə olan nəqliyyatda, yaxud piyada gedərkən, işəgötürənin və ya onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən) fəaliyyət göstərdikləri müddətdə.
5.8. İşəgötürənin yazılı sərəncamına əsasən, ƏMƏK vəzifələrini ŞƏXSİ MİNİK MAŞININDA yerinə yetirdiyi vaxt.
5.9.Əmək vəzifələrini yerinə yetirərkən işçiyə - başqa şəxs tərəfindən bədən xəsarətləri yetirildikdı və yaxud o öldürüldükdə.
5.10.Əmək vəzifələrini yerinə yetirərkən itkin düşmə, zədələnmələr, peşə xəstəlikləri və ya zəhərlənmələr, istivurma, yanma, donma, suda boğulma, ildırım vurma, fauna və flora nəticəsində zədələnmələr, tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt, insult, həmçinin təbii fəlakətlər (zəlzələ, sürüşmə, daşqın, qasırğa və s.) zamanı", - deyə Azər Quliyev izah edib.
Y.MƏMMƏDLİ
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN