Cümə axşamı axşamdan cümə səhərinə qədər "Haykuy" qasırğasının təsiri altında Şençjenə güclü yağış yağıb.

Bu barədə Çinin Penpai nəşri yazıb.

TEZADLAR.AZ xəbər verir ki, Çinin cənubundakı Şençjen meqopolisində bir gündə düşən yağıntının miqdarı şəhərdə 1952-ci ildə meteoroloji müşahidələr aparıldıqdan bəri ən yüksək olub.

 "1952-ci ildən Şençjendə hava qeydləri başlayandan bəri yağıntıların miqdarı dörd tarixi ekstremal əhəmiyyətli həddi keçib", - məlumatda deyilir.

Daha əvvəl məlumat verilmişdi ki, yağışlar səbəbindən şəhər məktəblərində cümə günü dərslər ləğv edilib.

 Qeyd edək ki, Şençjenin daimi əhalisi 2022-ci ilin sonundakı məlumatlara görə, 17,6 milyon nəfər olub.

 Bundan əvvəl Şençjenlə qonşu olan Honq-Konq meteoroloji rəsədxanası “Haykuy” qasırğasının təsiri altında Honq-Konqda güclü yağışların yağdığını bildirmişdi. Rəsədxananın məlumatına görə, cümə axşamı saat 23.00-dan 00.00-a qədər metropolda 158,1 millimetr yağıntı düşüb ki, bu da 1884-cü ildən bəri rekord hal hesab olunur. Bununla əlaqədar rəsədxana ən yüksək fırtına xəbərdarlığını verib və şəhərdə müvəqqəti sığınacaqlar açılıb.

Xatırladaq ki, son günlər Azərbaycanda da güclü yağışlar yağır. Rayonlarda güclü yağış səbəbindən sel baş verib. Yollara, təsərrüfatlara ziyan dəyib.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN