Kuba hüquq-mühafizə orqanları Rusiya tərəfində öz vətəndaşlarını Ukrayna münaqişəsinə cəlb etməkdə ittiham olunan 17 nəfəri saxlayıb.

Bu barədə Kuba Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Hazırda 17 nəfər saxlanılıb, onlardan biri də ölkədə yaşayan digər iki nəfərin dəstəyi ilə bu fəaliyyətin təşkilatçısıdır", - qurumun sözçüsü Sezar Rodriges Kuba dövlət televiziyasında bildirib.

Kubanın Cinayət Məcəlləsində muzdluluğa görə 30 ilə qədər həbs və ya ölüm cəzası nəzərdə tutulur.

Bundan əvvəl Kuba Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, respublika muzdluluğa qarşı qəti və aydın tarixi mövqe tutur və həmçinin “Ukraynadakı hərbi münaqişədə iştirak etmir”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN