Rusiya Daxili İşlər Nazirliyi bir sıra ağır cinayətlər törətməyi planlaşdıran neonasist “Ağ kostyum” qruplaşmasının liderlərinin saxlanıldığını açıqlayıb.

Bu barədə sentyabrın 8-də Daxili İşlər Nazirliyinin saytında məlumat verilib.

Rusiya Daxili İşlər Nazirliyinin Ekstremizmə qarşı Mübarizə Baş İdarəsi Rusiya Federasiyasının İstintaq Komitəsi, Federal Penitensiar Xidmət, Rusiya Qvardiyası və təhlükəsizlik orqanları ilə birlikdə bu qrupun fəaliyyətinin qarşısını almağa müvəffəq olub.

“İştirakçılar (Ağ Kostyum) xarici sağçı radikal təşkilatlarla əlaqə saxlayıblar”, - hesabatda deyilir.

Rusiya Daxili İşlər Nazirliyi qeyd edib ki, əməliyyatçılar cinayətkarların yaşayış yerlərini müəyyən edib, sonra onlar saxlanılıb.

Onların arasında əvvəllər ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslər də olub.

Axtarışlar zamanı əməliyyatçılar “Ağ kostyum”un liderlərindən qadağan olunmuş nasist simvolları, ədəbiyyat və əşyalar götürüblər. Həmçinin, onlardan bıçaqlı silahlar, odlu silahlar, döyüş sursatı ilə birlikdə təlim silahları götürülüb.

Hadisə ilə bağlı cinayət işi açılıb. Hazırda təqsirləndirilən şəxslər həbsdədir.

Xatırladaq ki, avqustun 24-də Moskva və Sankt-Peterburqda baş verən “Ağ kostyum” üzvlərinin axtarışlarının görüntüləri dərc olunmuşdu. Bu neonasist qrupun üzvləri Üçüncü Reyxin kultunu izləyir və tez-tez Nasist Almaniyasının simvollarından istifadə edirlər. “Ağ kostyum”a artıq ölkədə qadağan olunmuş Rusiya Federasiyasının bir çox ifrat sağ hərəkatının üzvləri də daxildir.

Qeyd edəkki, belə qruplar arasında Rusiya Könüllülər Korpusu* və “Azov”** da var.

* “Rusiya Könüllülər Korpusu” və “Wotan Jugend” Rusiya Federasiyasında fəaliyyəti qadağan edilmiş terror təşkilatlarıdır.

** “Azov” Rusiya Federasiyasında qadağan edilmiş Ukrayna millətçi birliyidir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN