Portuqaliyanın Anadiya şəhərinin küçələri Destilaria Levira şərab zavodunda baş verən qəzadan sonra şərabla dolub.

Bu barədə “JN” nəşri yazır.

İki çən partladıqdan sonra yüzlərlə litr şərab şəhər küçələrinə axıb. Şirkət mümkün zərərə görə məsuliyyəti artıq öz üzərinə götürüb. Şəhər rəsmiləri isə deyiblər ki, ən böyük problem şərabın Sertima çayına düşməməsidir.

“Mülki müdafiə koordinatorumuzun sözlərinə görə, ekoloji problemlərin qarşısı alınır. Biz şirkətin iqtisadi itkilərindən də narahatıq”, – Anadiya Şəhər Şurasının vitse-prezidenti Xorxe Sampaio nəşrə bildirib.

Destilaria Levira qeyd edib ki, fövqəladə vəziyyətlə əlaqədar yerli sakinlərin dəymiş itkilərini kompensasiya etməyə hazırdırlar.

"Hadisənin səbəbləri səlahiyyətli orqanlar tərəfindən araşdırılır", - şirkətdən bildiriblər.

Nəşrin dərc etdiyi kadrlarda bucaq altında küçədən axan bütöv bir qırmızı şərab çayı görünür.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN