Ukrayna Maliyyə Nazirliyi gözlənilən Qərb yardımının məbləğini açıqlayıb, 2023-cü ildə departament 3,3 milyard dollar, 2024-cü ildə isə 12-14 milyard dollar alacağını gözləyir.

“İnterfaks-Ukrayna” xəbər verir ki, bu barədə maliyyə departamentinin rəhbəri Sergey Marçenko bildirib.

Marçenko bildirib ki, 2023-cü ilin sonuna qədər Ukrayna dövlət büdcəsinin kəsirini ödəmək üçün 3,3 milyard dollar alacağını gözləyir. 2024-cü ildə isə - bu ildən az olmayaraq, yəni təxminən 12-14 mlrd.

Bununla belə, o, etiraf edib ki, hazırda bu məsələdə böyük dərəcədə qeyri-müəyyənlik var. "Ümid edirik ki, həm 2023-cü ildə, həm də 2024-cü ildə ABŞ bizimlə olacaq", - Marçenko bildirib.

Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski CNN telekanalına müsahibəsində bildirib ki, son korrupsiya qalmaqalları Qərbin Ukraynaya yardımı ilə bağlı deyil. Onun sözlərinə görə, qalmaqallarda ancaq Ukrayna pulları görünür.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN