İsveçin NATO-ya üzvlüyünün təsdiqlənməsi prosesində Türkiyə hakimiyyətinə təzyiqlər qəbuledilməzdir və faydasızdır.

Bu barədə RİA Novosti-yə prezident administrasiyasındakı mənbə bildirib.

“Bu məsələdə Türkiyəyə hər hansı təzyiq qəbuledilməzdir", - o qeyd edib.

Mənbə xatırladıb ki, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan əvvəllər belə niyyətlərin puç olduğunu bəyan edib. Onun sözlərinə görə, Ankaranın qərarı bilavasitə Stokholmun bəyan etdiyi öhdəliklər çərçivəsində atacağı addımlardan asılıdır. O, onların hamısının hələ tamamlanmadığını vurğulayıb.

Ərdoğan daha əvvəl demişdi ki, Vaşinqton Türkiyəyə F-16 qırıcı təyyarələri satmaq məsələsini Ankaranın Stokholmun NATO-ya üzv olmaq ərizəsini təsdiqləməsi ilə əlaqələndirir. O qeyd edib ki, bu qərarı ilk növbədə Türkiyə Böyük Millət Məclisi (TBMM) verməlidir. NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin İsveçin bloka üzvlüyünü ratifikasiyasında irəliləyişə ümid etdiyini bildirib.

Sentyabrın 11-də NATO-nun Soyuq Müharibədən sonra ən böyük hərbi təlimlərini keçirəcəyi məlum olub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN