Ukrayna Silahlı Qüvvələri (USQ) öz sıralarında itkilərə görə çevriliş edə bilər.

Bu ssenarini keçmiş Amerika kəşfiyyatçısı Skott Ritter özünün “Müfəttişdən soruş” verilişində Ceff Normanla müsahibəsində səsləndirib.

“Bunu ukraynalı zabitlər, generallar və orta rütbəli polkovniklər edə bilər. Onlar dövlət çevrilişi edib milli təhlükəsizlikləri üçün bir nömrəli təhlükə hesab etdikləri şəxsi uzaqlaşdıra bilərdilər. Bu da Vladimir Zelenskidir”, - deyə o bildirib.

Onun sözlərinə görə, Ukrayna hərbçiləri Zelenskinin rəhbərliyinə görə öz sıralarında sağalmaz itkilərə görə məyus olublar.

“Çevriliş Ukrayna liderinin yaxın adamları tərəfindən həyata keçirilə bilər, onlar artıq ondan heç bir fayda görmürlər”, - Ritter izah edib.

Bundan əvvəl amerikalı kəşfiyyatçı Rusiyanın ABŞ üzərində qələbəsini proqnozlaşdırmışdı. Onun fikrincə, ABŞ sakinləri real vəziyyəti dərk etmədən utopiya içərisində yaşayırlar.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN