Sevastopolda hava hücumundan müdafiə sistemi işə salınıb.

Bu barədə qubernator Mixail Razvojayev sentyabrın 23-də Telegram-da məlumat verib.

İlkin məlumata görə, Ukrayna Silahlı Qüvvələrindən (USQ) vurulmuş raketin parçaları Suxarnaya Balka ərazisindəki estakadaya düşüb. Şəhər rəhbəri dəqiqləşdirib ki, xüsusi təyinatlılar artıq hadisə yerinə gəliblər.

"Xahiş edirəm, sakit olun", - Razvojayev yekunlaşdırıb.

Sentyabrın 22-də günortadan sonra Ukrayna Silahlı Qüvvələri Qara Dəniz Donanmasının qərargahına raket zərbəsi endirib. Lunaçarski Teatrının yaxınlığında mərmi parçası düşüb. Müdafiə Nazirliyinin məlumatına görə, hava hücumundan müdafiə sistemləri Sevastopol hücumunu dəf edərkən 5 raketi vurub. Zərbə dalğası on yaşayış binasının şüşəsini sındırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN