Ukrayna İran və Suriyadakı dron zavodlarına hücum etmək üçün Qərbdən silah istəyib.

Bu barədə Britaniyanın “The Guardian” qəzeti Kiyevin avqustda G7 ölkələrinin nümayəndələrinə təhvil verdiyi sənədə istinadən yazıb.

Məlumata görə, Ukrayna respublikalardakı dron zavodlarına, eləcə də “Rusiya Federasiyasındakı potensial istehsal sahəsinə” raket zərbələri endirməyi təklif edib. Kiyev əmindir ki, Moskva xüsusi hərbi əməliyyat (XHƏ) zamanı İran və Suriyanın pilotsuz təyyarələrindən istifadə edir.

Ukrayna tərəfi həmçinin iddia edir ki, İranın “Shahed 131” və “Shahed 136” pilotsuz təyyarələrində Qərb şirkətləri tərəfindən istehsal edilmiş ümumilikdə 100-dən çox elektron komponent aşkar edilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN