Ermənistanda ölkənin baş naziri Nikol Paşinyanın istefasını tələb edən müxalifətçilər bu gün səhər İrəvanın mərkəzində aksiya keçirməyiblər.

Meydan boş qalıb... Sentyabrın 19-dan sonra şəhər ilk dəfə sakitləşib.

 Çərşənbə günü Ermənistan paytaxtında ölkə hakimiyyətindən narazılıqla bağlı etiraz aksiyaları dayandırılıb. Son günlər polis aksiya iştirakçılarına qarşı kütləvi həbslər həyata keçirib. Əgər ötən günlər ərzində müxalifət mütəmadi olaraq küçələri bağlayır, hökumət binası yaxınlığında mitinqlər keçirir, polislə kütləvi həbslərə səbəb olan toqquşmalarda iştirak edirdisə, bu gün səhər saatlarında meydanda bir nəfər də olsun fəala rast gəlinməyib.

 Asayiş keşikçilərinin sayı da azaldılıb. Belə ki, hökumət  binasında 10 polis əməkdaşı qalıbsa, bir neçə gün əvvəl onların sayı bir neçə yüz nəfər idi.

 Xatırladaq ki, erməni müxalifəti Paşinyana istefa verməsi üçün 10 gün vaxt vermişdilər.

TEZADLAR.AZ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA