İsrail Müdafiə Qüvvələrinin (İMQ) Qəzza zolağının atəşə tutması nəticəsində 50-dən çox həkim həlak olub.

Tezadlar.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı Fələstinin səhiyyə naziri Mey Kaileyə istinadən məlumat yayıb.

"İsrailin Qəzza zolağının bombalanması nəticəsində 50-dən çox tibb işçisi həlak olub", - Səhiyyə Nazirliyinin rəhbəri bildirib.

O, həmçinin iddia edir ki, İsrail qüvvələri fələstinli həkimlərin İordan çayının qərb sahili və Misirdən Qəzza zolağına daxil olmasına mane olur.

Bundan əvvəl Səhiyyə Nazirliyi də Qəzza zolağında ölənlərin sayının 1200 nəfərə, yaralıların sayının isə 5600 nəfərə çatdığını bildirmişdi. Eyni zamanda, İsraildə yerli xidmətlərin məlumatına görə, qurbanların sayı 1300 nəfərə çatıb, yaralananların sayı 3300 nəfərdir.

Bundan əlavə, İsrailin səhiyyə naziri Moşe Arbel yaralı HƏMAS yaraqlılarının dövlət xəstəxanalarında müalicəsini qadağan edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN