Ölümcül “Lidiya” qasırğası Meksikanı vurub. Artıq ən azı bir nəfərin ölümünə səbəb olan fırtına indi sahildən içəriyə doğru irəliləyir.

Tezadlar.az xarici mediaya istinadən xəbər verir ki, kurort şəhərciyinin sakinləri və turistlər təxliyə edilib, hazırda onlar müvəqqəti mərkəzlərdədirlər. Küləyin sürətinin saniyədə 60 metrə yaxın olduğunu nəzərə alsaq, çölə çıxmaq ölümcüldür.

Qasırğa təhlükənin sondan əvvəlki səviyyəsi təyin edilib. Güclü külək bütün məhəllələri evsiz qoyub, küçələr zibil və ağaclarla doludur. Xəsarət alanlar da var, onlar xəstəxanaya yerləşdirilib.

Bundan əvvəl mümkün tornadolarla əlaqədar Soçidə tufan xəbərdarlığının elan edildiyi bildirilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN