Bu gün Moskvanın Çertanovski Məhkəməsi terrora haqq qazandırmaqda ittiham olunan qarışıq döyüş növləri üzrə döyüşçü İlyas Yakubovu həbs edib.

Bu barədə RF İK-nin paytaxt departamentinin mətbuat xidməti məlumat yayıb.

"Moskvanın Çertanovski Rayon Məhkəməsi təqsirləndirilən şəxsə qarşı həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaqın vəsatətini təmin edib", - idarədən bildiriblər.

Yakubovun barəsində dekabrın 11-dək həbs qətimkan tədbiri seçilib. Qətnamə hələ qüvvəyə minməyib və Moskva Şəhər Məhkəməsinə şikayət verilə bilər.

İdmançı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsi (İnternet informasiya və telekommunikasiya şəbəkəsindən istifadə etməklə törədilən terror fəaliyyətinə ictimai bəraət qazandırmaq) ilə ittiham olunur. Müstəntiqlərin müəyyən etdiyi kimi, Yakubov sosial şəbəkələrdəki səhifəsində yer alan videoda terrora haqq qazandırmağın tərəfdarı olduğunu bildirib. O, federal axtarışa verilib, daha sonra BƏƏ-dən uçduğu paytaxt hava limanlarından birində saxlanılıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN