“The New York Times” (NYT) qəzetinin redaktorları Qəzza zolağında xəstəxanaya hücumda İsraili günahlandıran məqaləyə görə oxuculardan üzr istəyib, lakin sonra məqalənin adı bir neçə dəfə dəyişib.

Redaksiyadadan bildirilib ki, xəstəxanaya hücumda İsraili günahlandıran xəbərin dərc edilməsi qərarı Fələstinin HƏMAS hərəkatının nümayəndələrindən alınan və dərhal təsdiqlənə bilməyən məlumatlara əsaslanıb. NYT izah edib ki, İsrail tərəfi o zaman baş verənlərlə bağlı heç bir məlumat verməyib.

“Nəticə etibarı ilə oxucularda nəyin məlum olduğu və xəbərin nə dərəcədə etibarlı olduğu barədə yanlış təəssürat yaranıb”, - qəzet yazır.

Daha sonra İsrail hakimiyyəti xəstəxanaya hücumda iştirak etmədiklərini açıqlayıb və ölənlərin sayı ilə bağlı məlumatda düzəliş edilib və buna görə də NYT redaktorları gün ərzində müvafiq məqalənin başlığını bir neçə dəfə dəyişiblər.

Əvvəlcə "İsrailin xəstəxanaya endirdiyi zərbə yüzlərlə insanın ölümünə səbəb olduğunu" iddia etdi. Qəzet daha sonra "Qəzzada xəstəxanaya edilən hücumda ən azı 500 adamın öldüyünə" diqqət çəkib. Başlığın üçüncü versiyasına görə, “Qəzzada xəstəxanada baş verən partlayış nəticəsində azı 500 nəfər həlak olub”. Beləliklə, nəşr sonda İsrailə qarşı ittihamları və raket zərbəsi ilə bağlı istinadları başlıqdan çıxarıb.

Məqalədə deyilir: “Artan münaqişə və onun geniş əhatə dairəsi fonunda bu xəbərin həssas xarakterini nəzərə alaraq, NYT redaktorları orijinal versiya üzərində daha diqqətli araşdırma aparmalı və hansı məlumatların yoxlanılması lazım olduğunu daha dəqiq müəyyən etməli idilər”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN