Dəfələrlə yazılıb- deyilməsinə, xəbərdarlıq olunmasına baxmayaraq, hələ də insanların səhhəti ilə alver edənlərə rast gəlinir...

başqakarının həyat sağlamlığı üzərindən pul qazanmaq hərisliyi görün dünən hara gətirib çıxardıb... Belə ki, Bakının Binə qəsəbəsində 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərin dönərdən 20 şagird zəhərləndi. Onların həyatına təhlükə sovuşub, amma nəticə çıxarılmalı çox mətləblər var, Məsələ ondadır ki, zəhərlənmə 4 məktəbdə baş verib. Deməli, dönər saxtakarları eyni əti adı çəkilən bu 4 məktəbə paylayıb. Yəni, qanunsuzluğa yol verməklə 20 şagirdin həyatına təhlükə yaradan mənbəə birdir. Zəhərlənən şagirdlər isə siyahılanıb: Ş.Vəlizadə (11 yaş), H.Mustafayev (11 yaş), Y.Muradlı (11 yaş), T.Abdullayev (11 yaş), R.Əsgərli (10 yaş), B.Seyidzadə (11 yaş) və qardaşı F.Seyidzadə (14 yaş), S.Qasımlı (15 yaş), A.Abbaszadə (11 yaş), M.İsmayılov (10 yaş), İ.Sadıqzadə (14 yaş), C.Muradov (15 yaş), T. Talıbov (12 yaş), S.Bədəlli (13 yaş) və bacısı J. Bədəlova (15 yaş), Ə.Qasımov (14 yaş), Y. İbadov (14 yaş), R.Şükürov (11 yaş), F.Quliyev (14 yaş) və Ü.Səlimli (13 yaş).

Bu şagirdlərdı müxtəlif vaxtlarda qida mənşəli narahatlıq və ürəkbulanma əlamətlərinin müşahidə edilib. İlkin tibbi yardım göstərildikdən sonra şagirdlər müvafiq səhiyyə müəssisəsinə yerləşdirilib. Onlar müvafiq müayinə və müalicə proseduruna cəlb olunub. Zərərçəkənlərdən üçünün – T.Abdullayev, S.Qasımlı və F. Seyidzadənin vəziyyətləri ağırdır. Şagirdlər reanimasiya şöbəsinə yerləşdirilib. Ü.Səlimli isə ambulator müalicədən sonra evə buraxılıb. Məktəblərin rəhbərliyi tərəfindən aidiyyəti dövlət qurumlarına və məktəbdə halı pisləşən şagirdlərin valideynlərinə də məlumat verilib. Şagirdlər dərsə gələrkən və məktəbdən evə gedərkən Binə qəsəbəsi ərazisində fəaliyyət göstərən iaşə xidməti məkanlarından birindən dönər alıb yediklərini bildiriblər. Aidiyyəti dövlət qurumları tərəfindən müvafiq araşdırmalara başlanılıb.

 Neyləmək olarş AQTA- nın hələki başı şadlıq evləri və restoranlarla, kolbasa zavodları ilə qarışıb, vaxt tapanda dönərxanalarla da məşğul olunar... 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN