İsrail Müdafiə Qüvvələri (İMQ) HƏMAS-ın komandirlərindən biri, hərəkatın dəniz qüvvələrinin rəhbəri vəzifəsində çalışmış Təyyassir Mübəşirin nəhv edildiyini açıqlayıb.

Bu barədə İsrail Müdafiə Qüvvələri öz Telegram kanalında məlumat yayıb.

“İsrail Müdafiə Qüvvələri və təhlükəsizlik xidmətinin məlumatına görə, İMQ əsgərləri HƏMAS terror təşkilatının batalyonunun komandiri Təyyasir Mübəşiri öldürüb”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, o, vaxtilə HƏMAS-ın dəniz qüvvələrinin komandanı olub. İsrail ordusunun məlumatına görə, Mübəşir hərbi komandir Məhəmməd Əd-Deyfin qohumu olub. HƏMAS-da Mübəşir İsrailə qarşı hücumlara nəzarət edirdi.

Daha əvvəl bildirilmişdi ki, İsrail polisi 600 yerli özünümüdafiə dəstəsi yaradıb, daha 1200-ü yaratmağı planlaşdırır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN