Yaxud, könüloxşar xidmət

Keçən əsrin 50-ci illərində proletar yazıçısı Maksim Qorkinin “Üç yarpaq” oçerki yazı-pozu adamları üçün örnək, istinad yeri idi: Çox-çox adam əzizlərindən söhbət açırmış kimi M.Qorkinin neft Bakısında olmasını gen-bol açıb-ağardardılar. Mən də bu gün o üç yarpağı aramalı oldum. “Ayə, olmaya o yarpağın biri Qubernatın, o biri milyonçunun bağındadırsa, güman ki, üçüncüsü elə bizim o vaxtkı Badamdardakı badam ağacı imiş”.

Bayıl yaylasından yuxarı Çəmbərəkənd qəbiristanlığının enişi Qurd qapısının önündə yəqin ki, bir vaxt yeganə badam ağacı ilə seçilib toponimləşmiş o yer. Qorkinin işarə etdiyi üçüncü yarpaqmış. Elə bizim Badamdarda hasar əvəzi qalaqlanmış daşların əhatəsindən boylanan o tənha badam ağacı Seyid Fatmanın keçilərinə də pasimanlıq edərdi. Hərdən hasarın üstündən çıxan təkkə yetə bildiyi yarpaqları qoparıb qovzayırdı. İndi o yerdə yaşıllıqlar var, o badam ağacı yoxdu. Özgə-özgə, lakin nizami cərgələrdə sıralanmış müxtəlif biçimli binalar, məhəllələr, küçə və xiyabanlarda birləşir. Böyük şəhərin ayrılmaz hissəsi olub Badamdar.

Bir vaxt nişangah olmuş o badam ağacının yerində tikilmiş yar-yaraşıqlı çoxmərtəbəli binaların bir neçə qatında özəl Badam göz Klinikasıdır. Tez tanınıb. Adamların gərəyi olub. Maşallah deyirik, xəstələrə yox, həkimlərin, peşə sahiblərinin işinə. Onların arasında Günəş də var: Günay da. Klinikanın həkimlərinin hər biri müxtəlif vaxtlarda cəmi simpozum, məsləhət, məşvərət məclislərinə dəvət olunur. Sayılıb-seçilir. Püxtələşirlər. Diplom, fəxri fərmanlarla səfərdən qayıdırlar. Qılıqlıdır bütün komanda.

Bizim Ləman bala kimi. Aldıqları mükafatları yaxşı da eləyib sərgiləyiblər. Səriştəli həkimlərin sorağına gəlir lənkəranlı, ağdaşlı, şamaxılı…

Yəqin yerlərdə qısqanclıq etmirlər. Çoxu social siğorta göndərişlidir. Həkimlərin mehri səriştəsi qapı döyür.

Teatrşünaslıqda səhnə arxası termini var. Bilicilər deyirlər ki, ön səhnədə salonda div ilə cırtdanın münaqişəsi salondakı tamaşaçını məşğul etsə də, səhnə arxasında daha gərgin işlər gedir. Badam gözdə də belədi.

Get-gəldə öyrəndim  ki, Badam gözdə iaşə xidməti ön səhnədə tibb işçilərinin fədakarlığından az deyil. Nümunəvi kulinariyası var Badam gözün. Mətbəxi yeməkxanasından aralı olsa da, işçilər dözür. Xörəklərin həzzini pozmur. Yeməkxanada bir daha nizamlanır sifarişlər, səhmanlı-səliqəli yerinə yetirilir sifarişlər. Müqayisə üçün deyim ki, sərbəst xidmət edən iaşə müəssisələrinin ən nümunəvisi elə tanıtma verdiyimiz Badam göz Klinikasının “səhnə arxası” iaşə xidmətidir. Sahibkar Kənan işçilərini ayırmadı bir-birindən:

- “Pis işçi olsa, dözməz – dedi. Hamı izgüzardı. Təmizlik vahid tələbdir. İntizam hamı üçündü. Müştəriləri bezdirmək olmaz”.

Qüdrət Əliyev

20231002_121808

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN