İsrail hökumətinin başçısı Qəzzada quru əməliyyatının başlanmasını təxirə salacaq.

 Bu, Netanyahunun ordunun planları ilə bağlı narahatlığı ilə bağlıdır.

 “O (Netanyahu), İsrailin hərbi planlarına bir qədər skeptik (şübhə ilə) yanaşır və daha çox vaxt istəyir”, - Axios portalı yazır.

Qeyd edək ki, KİV-in məlumatına görə, əməliyyatın gecikdirilməsinin səbəbi İsrail hökumətinin başçısının girovların azad edilməsi ilə bağlı danışıqlara vaxt udmağa çalışması ilə bağlıdır.

Onu da diqqətə çatdıraq ki, bir neçə gün öncə İsrail Müdafiə Qüvvələrinin (SAHAL) ehtiyatda olan sözçüsü Conatan Konrikus İsrailin quru əməliyyatına başlamamaq üçün şərtini açıqlamışdı: “Əgər HƏMAS yaraqlıları gizləndikləri yerlərdən çıxsalar, girovlarımızı - 212 nəfərin hamısını geri qaytarsalar və qeyd-şərtsiz təslim olsalar, müharibə bitəcək, amma bunu etməyəcəklər”, - deyə o, bildirib.

 Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında HƏMAS terror qrupu tərəfindən Qəzza zolağından İsrailə raket hücumları başlayıb və silahlı qruplar ölkənin ərazisinə soxularaq polis idarəsini zəbt ediblər, mülki insanları girov götürüblər. Minlərlə insan həyatını itirib. İsraildə müharibə vəziyyəti elan olunub.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN