Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail səfərinin, həmçinin Qəzza zolağındakı vəziyyətlə əlaqədar Ankaranın bütün rəsmi nümayəndələrinin bu ölkəyə səfərlərinin ləğv edildiyini açıqlayıb.

Tezadlar.az “Habertürk” agentliyinə istinadən xəbər verir ki, o, bu barədə partiyasının üzvləri ilə görüşündə bildirib.

"Bizim yaxşı niyyətimiz var idi, lakin onlar bundan sui-istifadə etdilər. Biz İsrailə səfər etməyi planlaşdırırdıq, lakin səfəri ləğv etdik", - Türkiyə prezidenti deyib.

Ərdoğan həmçinin İsraili Qəzza zolağında uşaqların da olduğu dinc sakinləri qətlə yetirməkdə ittiham edib və onun rəhbərliyini dövlətini terror təşkilatına çevirməməyə çağırıb.

Türkiyə lideri bütün iştirakçı dövlətlərdən atəşkəs elan etməyi tələb edib. Eyni zamanda o, əlavə edib ki, Həmas girovları azad etməli, İsrail isə “məskunlaşma terrorunu” dayandırmalıdır.

Ərdoğan həmçinin bütün dünya ölkələrini İsrailin baş naziri Benyamin Netanyahu hökumətinə İsrail ordusunun Qəzza zolağındakı hərəkətlərini dayandırması üçün təzyiq göstərməyə çağırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN