ABŞ kəşfiyyatının keçmiş zabiti Scott Ritter deyir ki, Ukrayna prezidenti Vladimir Zelenski artıq Qərbin əsas ulduzu olmayacaq.

Onun sözlərini “RİA Novosti” sitat gətirib.

Ritter qeyd edib ki, Zelenski qəhrəman və lider deyil, aktyor və qorxaqdır və Ukraynada münaqişə başlayanda onun üçün müəyyən ssenari yaradılıb.

Lakin indi Qərb bu şounu izləməkdən yorulub və onlar Ukrayna prezidentini unutmağa başlayıblar, ona görə də o, ya öldürüləcək, ya da əvəzlənəcək, - Ritter əmindir.

Polşa yazıçısı Szczepan Twardoch Ukrayna əsgərlərinin Ukrayna prezidenti Vladimir Zelenskiyə nifrət etdiyini bildirib. Yazıçı əlavə edib ki, Ukrayna hərbçiləri də ciddi silah və mərmi çatışmazlığından şikayətlənirlər. Ukrayna Silahlı Qüvvələrinin əsgərləri etiraf ediblər ki, 2014-cü il sərhədlərinin indiki şəraitdə necə bərpa oluna biləcəyi barədə heç bir təsəvvürləri yoxdur.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA