Kanadanın Ermənistandakı səfiri Endryu Törner də Fransanın iç üzünü açıb...

Fransa Ermənistanı silahlandırmaqla Azərbaycanla Ermənistan arasında sülh sazişinin əldə edilməsinə mane olur.

TEZADLAR.AZ xəbər verir ki, bunu Kanadanın Ermənistandakı səfiri Endryu Törner Kanadanın Xarici işlər və Beynəlxalq İnkişaf Komitəsinin iclasında deyib.

Səfirin sözlərinə görə, sanksiyalar Ermənistanla Azərbaycan arasında sülh sazişinin əldə edilməsi üzrə səyləri sarsıda bilər.

"Hazırda sanksiyalar yolunu seçmək sülh istiqamətində davam edən səyləri pozmaq riski daşıyır", - o deyib.

Bundan başqa, kanadalı səfir Fransanı Ermənistanı silahlandırmaqda ittiham edib.

"Bu, Azərbaycanın sülh prosesinin irəliləməsinə kömək edə biləcək planlaşdırılmış beynəlxalq görüş və müzakirələrdən geri çəkilməsinə səbəb oldu”, - E.Törner deyib.

Qeyd edək ki, bu yaxında Fransa Ermənistana silah satacağını bəyan edib və oktyabrın 23-də Ermənistanın müdafiə naziri Suren Papikyan Fransanın müdafiə naziri Sebastian Lekornünün dəvəti ilə Fransaya səfər edib. Fransalı nazir Ermənistana konkret olaraq hansı hərbi texnikanın satılacağını açıqlamasa da, "bu texnikadan Ermənistan vətəndaşlarının təhlükəsizliyinin təminatı üçün istifadə olunacağını" deyib (trend).

 Xatırladaq ki, Kanada hökuməti təcrübəli diplomat Endryu Törneri ötən ay Kanadanın Ermənistandakı səfiri təyin edib. Ermənistan Kanada səfirliyini yeni açıb.

 Törner bundan əvvəl Kanadanın Səudiyyə Ərəbistanındakı (2004-2007), Suriyadakı (2011-2012), Əfqanıstandakı (2013-2015), Pakistandakı (2015-2017) və İraqdakı (2017-2019) diplomatik nümayəndəliklərində xidmət etmişdir. O, son olaraq Şərqi Avropa və Avrasiya üzrə direktor müavini və direktoru vəzifəsində çalışıb.

 Məlumatlara görə, məşhur diplomatın tərcümeyi-halında əsas yeri Yaxın Şərqdəki xidməti tutur. 

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA