Cənubi Afrika hökuməti Qəzza zolağı ətrafında yaranmış vəziyyətlə əlaqədar İsraildəki bütün diplomatları məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib.

Tezadlar.az bildirir ki, bu barədə noyabrın 6-da Cənubi Afrika prezidentinin ofisində nazir Kumbudzo Ntşaveni məlumat verib.

"Nazirlər Kabineti İsrail hökumətinin beynəlxalq hüquqa və BMT qətnaməsinə əməl etməkdən imtina etməsindən məyus olub... Cənubi Afrika hökuməti Tel-Əvivdə yerləşən bütün diplomatlarını məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib", - o, brifinq zamanı deyib.

Ntşaveni qeyd edib ki, Nazirlər Kabineti Yəhudi Dövlətinin Cənubi Afrikadakı səfirinin İsrail hökumətinin törətdiyi vəhşiliklər və soyqırımı əleyhdarlarına qarşı aşağılayıcı bəyanatlarını da nəzərə alıb.

Cənubi Afrika hakimiyyəti bundan əvvəl İsrail tərəfini beynəlxalq hüquq çərçivəsində götürdüyü öhdəliklərə əməl etməyə və Qəzza zolağında hərbi əməliyyatlar zamanı mülki əhalinin müdafiəsini təmin etməyə çağırıb.

Bundan əvvəl Yəhudi dövlətinin Knessetindəki Birləşmiş Ərəb siyahısı partiyasının keçmiş sədri İbrahim Sərsur “İzvestiya”ya müsahibəsində bildirib ki, hazırda İsraildə irqçilik və radikalizmdə kəskin artım müşahidə olunur, Fələstin icmasının nümayəndələri təqib olunurlar. Onun sözlərinə görə, baş nazir Benyamin Netanyahu HƏMAS-la müharibənin uzadılmasında birbaşa maraqlıdır, çünki o, siyasi karyerasının sonunun yaxınlaşdığını anlayır və ittihamları fürsətdən istifadə edərək radikal planlar həyata keçirir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN