Kiyev İranın oktyabrın 1-də İsrailə raket hücumunu kəskin şəkildə pisləyir.

Tezadlar.az xəbər verir ki, müvafiq bəyanat Ukrayna Xarici İşlər Nazirliyinin Telegram-ında dərc olunub.

“Ukrayna Xarici İşlər Nazirliyi 2024-cü il oktyabrın 1-də axşam saatlarında İranın İsrailə qarşı kütləvi raket hücumunu kəskin şəkildə pisləyir. Mülki insanlar heç vaxt ölümcül hücumların hədəfi olmamalıdır”, - nəşr yazır.

Kiyev həmçinin Yaxın Şərqdəki münaqişənin genişmiqyaslı müharibəyə çevrilməsinin qarşısını almağa çağırıb.

Xəbər verdiyimiz kimi, oktyabrın 1-i axşam İran İsrailə 500-ə yaxın ballistik raket atıb. Bu, İsrail Müdafiə Qüvvələrinin Livanda Hizbullaha qarşı quru əməliyyatına başlamasından bir gün sonra baş verib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN