Rusiyanın hava hücumundan müdafiə sistemləri Krım üzərində Ukraynaya məxsus iki pilotsuz uçuş aparatını (PUA) ələ keçirib, digəri isə Tula vilayətində məhv edilib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Noyabrın 10-na keçən gecə Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərdə təyyarə tipli PUA-lardan istifadə etməklə terror aktları törətmək cəhdlərinin qarşısı alınıb. Hava hücumundan müdafiə qüvvələri Krım Respublikası ərazisi üzərində Ukraynanın iki pilotsuz uçan aparatını ələ keçirib. Ukraynaya məxsus daha bir pilotsuz uçuş aparatı Tula vilayəti ərazisi üzərində məhv edilib”, - nazirlik bildirib.

Tula vilayətinin Regional Təhlükəsizlik Nazirliyinin saytında yer alan məlumata görə, tələfat və dağıntı yoxdur. "Noyabrın 10-da səhər saatlarında Rusiya Federasiyası Müdafiə Nazirliyinin hava hücumundan müdafiə sistemləri Tula vilayətinin ərazisində PUA-nı məhv edib. Fövqəladə hallar xidmətlərinin cavab tədbirləri təşkil edilib", - məlumatda deyilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN