Bakının Nizami rayonu ərazisindəki mağazaların birindən 1050 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat verilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a bildiriblər ki, cinayət əməlini törətməkdə şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər oğurluq, dələduzluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 1972-ci il təvəllüdlü Cəlal Məmmədov Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılıb. Ondan bir ədəd döyüş sursatı da aşkarlanıb.

Davam etdirilən tədbirlərlə həmin şəxsin gizlətdiyi yerdən “Makarov” markalı tapança, 7 patron və patron darağı aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN