Polis və prokurorluq məktəbdə müəllimlə uşaqlardan birinin anası arasında baş verən dava barədə məlumatlardan sonra araşdırmaya başlayıb.

Polisin məlumatına görə, Dmitrovski rayonundakı Krupskaya adına Dedenevskaya məktəbində münaqişə noyabrın 9-da qeydə alınıb. İlkin məlumata görə, müəllimlə şagirdlərdən birinin anası arasında söz mübahisəsi baş verib və nəticədə davaya çevrilib. Daha sonra onlar polisə şikayət ediblər.

Prokurorluqdan bildirilib ki, münaqişə 6-cı sinif şagirdlərindən birinin anası ilə riyaziyyat müəllimi arasında baş verib, hər iki xanım müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Prokurorluq hadisənin baş vermə şəraitini müəyyən etmək üçün araşdırmalara başlayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN