Gürcüstan Xarici İşlər Nazirliyi Ukraynada Rusiya tərəfindən əsir götürülmüş gürcü döyüşçülərlə bağlı bəyanat yayıb.

Tezadlar.az Gürcüstan XİN- ə istinadla bildirir ki, onların hansı şəraitdə əsir düşdüyü həıəki bilinmir... Amma bəyanatda Gürcüstan vətəndaşlarının hüquqlarının qorunması üçün mövcud beynəlxalq mexanizmlərdən istifadə ediləcəyi bildirilir. Sitat: "Gürcüstanın Xarici İşlər Nazirliyi açıq mənbələrə əsaslanaraq Ukraynada döyüşən iki Gürcüstan vətəndaşı Q.Q və Q.Ş-nın hərbi əməliyyatlar zamanı Rusiya Federasiyasının silahlı qüvvələri tərəfindən əsir götürülməsi haqqında məlumatlıdır. Gürcüstan tərəfi vətəndaşlarının Konstitusiya ilə təmin edilmiş hüquqlarını qorumaq üçün sərəncamında olan bütün beynəlxalq mexanizmlərdən, o cümlədən Beynəlxalq Qızıl Xaç Cəmiyyətindən, həmçinin Gürcüstan və Rusiya Federasiyası arasında vasitəçi qismində olan İsveçrə Konfederasiyasından istifadə edəcək”.

Rusiya XİN isə hələki əsirlər barədə hansısa məlumat verməyib...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN