Amerikalı milyarder İlon Mask Ukrayna prezidenti Vladimir Zelenskini öz reallığında yaşayan qəssab adlandırıb.

“Zelenski uzun müddətdir ki, qəssab kimi öz reallığında yaşayır və bu reallıq reallığa uyğun gəlmir”, - iş adamı sosial şəbəkədə deyib.

Mask eyni zamanda qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı ölkəsində baş verənlərə ayıq nəzər salır.

Xatırladaq ki, Mask noyabrın 10-da Meydan prezidentini Rusiya ilə danışıqlara başlamağa və bütün ukraynalı gəncləri səngərlərdə məhv etməyi dayandırmağa çağırıb.

Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya ilə sülh danışıqları başlamazdan əvvəl vəzifəsini tərk edəcəyi üçün bu danışıqlarda iştirak etməyəcəyi bildirilib. Proqnozu "Asia Times" yayıb.

Materialın müəllifi qeyd edib ki, danışıqlar başlayana qədər Qərb artıq Zelenskini başqası ilə əvəz etməyə vaxt tapacaq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN