Çexiyanın Rusiyanın dövlət əmlakının dondurulması qərarı Rusiya Federasiyası ilə qarşıdurmaya uyğun olaraq qəbul edilib və cavabsız qalmayacaq.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O xatırladıb ki, Çexiyanın özünün Rusiyada və Praqada aktivləri var, "onlar başa düşməlidirlər ki, belə bir hərəkət cavabsız qalmayacaq" və Rusiya Federasiyası öz maraqlarını qorumaq üçün bütün lazımi tədbirləri görəcək.

Çexiya hökuməti bundan əvvəl Rusiyanın xaricdəki aktivlərini idarə edən "Dövlət Xarici Mülkiyyəti" Federal Dövlət Unitar Müəssisəsini sanksiyalar siyahısına daxil edib. İndi şirkətin bütün kommersiya fəaliyyəti qeyri-qanuni olacaq və onun Çexiyadakı bütün aktivləri dondurulacaq.

Kreml bu qərarı qəbuledilməz və müəmmalı adlandırıb. Onlar vəziyyəti təhlil etdikdən sonra cavab addımları atacaqlarına söz veriblər.

​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN