Gürcüstanda müxalifət partiyalarının əksəriyyəti 2024-cü il parlament seçkilərində 5%-lik səs baryerini keçə bilməyəcək, - hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının rəhbəri İrakli Kobaxidze deyir.

Bu barədə “Sputnik.Gürcüstan” məlumat yayıb.

Onun sözlərinə görə, qanunverici orqana yalnız Vahid Milli Hərəkatdan olan hakimiyyətin əsas rəqiblərinin daxil olmaq şansı var.

“Milli Hərəkat 20%-dən az səs toplayır, 5%-lik baryeri heç bir partiya keçə bilməz... Buna əsaslanaraq nəinki bu seçkilərdə inamlı qələbə qazanacağımıza, həm də mandatlarımızın sayının keyfiyyətcə artacağına əminik”,  - Kobaxidze izah edib.

“Sputnik.Gürcüstan” qeyd edib ki, Gürcüstanın müxalifət partiyaları parlamentə düşmək şanslarını artırmaq üçün 2024-cü il seçkilərinə giriş baryerinin azaldılmasını tələb edirlər. Agentlik vurğulayır ki, Gürcüstan hakimiyyəti indiyədək bu cür rahatlamaların əleyhinədir.

​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN