Ermənistanın xarici işlər naziri sabah KTMT-nin Minskdə keçirilcək növbəti sammitinə getməyəcək. Səbəb açıqlanmayıb.

Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri A.Mirzoyan belaruslu həmkarı ilə telefon danışığı zamanı sabah Minskdə başlayacaq KTMT-nin növbəti sammitində iştirak etməyəcəyini bildirib.

Söhbət çərçivəsində Ararat Mirzoyan Sergey Aleyniklə KTMT-nin fəaliyyəti və ikitərəfli əməkdaşlıq məsələlərindən danışıb.

“Ararat Mirzoyan qeyd edib ki, KTMT Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin noyabrın 22-də Minskdə keçirilməsi planlaşdırılan birgə iclasında iştirak edə bilməyəcək”, - deyə Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib.

Xatırladaq ki, uzun müddətdir ki, Ermənistan KTMT ilə bağlı müxtəlif açıqlamalar verir. Bir müddət əvvəl (Vətən müharibəsində də) Ermənistan hakimiyyəti KTMT-dən guya ölkənin ərazi bütövlüyünü bərpa etmək üçün hərbi yardım göstərməyi xahiş etmişdi. Lakin saxta məlumatları işə yarımadı və istəklərinə nail ola bilmədilər. Daha sonra Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstanda keçiriləcək təlimlərində iştirakdan imtina etdi. Səbəb olaraq  "Ermənistan-Azərbaycan sərhədində mövcud vəziyyəti nəzərə alaraq, Ermənistan Respublikasının Müdafiə Nazirliyi ER Silahlı Qüvvələri qarşısında qoyulmuş tapşırıqları əsas götürərək KTMT çərçivəsində Qazaxıstanda keçirilən təlimlərdə iştirakdan imtina edilməsi qərara alınıb" bildirildi.

Həmin dövrdə Ermənistanın keçmiş baş naziri Aram Sarkisyan isə ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmasını təklif etmişdi.

O, bəyan edirdi ki, KTMT Ermənistanın təhlükəsizliyi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir və təşkillata üzvlük İrəvanın Qərbdən, xüsusən də ABŞ və Fransadan hərbi yardım almasına mane olur. İndi Ermənistan hər cür yardım alır...

Onu da əlavə edək ki, Ararat Mirzoyandan öncə Ermənistanın baş naziri Nikol Paşinyan da KTMT sammitində iştirakdan imtina etmişdi.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN