Fələstin və İsrail arasında münaqişənin kəskinləşməsindən bəri ən azı 50 jurnalist və media işçisi həlak olub.

Bu barədə Jurnalistləri Müdafiə Komitəsi (JMK) məlumat yayıb.

"Noyabrın 21-nə olan məlumata görə, JMK-nin ilkin araşdırması nəticəsində məlum olub ki, oktyabrın 7-də müharibə başlayandan bəri həlak olanlar arasında azı 50 jurnalist və media işçisi olub", - təşkilatın saytında bildirilir.

JMK münaqişənin ən kritik günlərinin 7 oktyabr və 18 noyabr olduğunu bildirib. Bu günlər ərzində müvafiq olaraq altı və beş jurnalist dünyasını dəyişib. Bundan əlavə, komitə ötən ayın 1992-ci ildən bəri “jurnalistlər üçün ən ölümcül ay” olduğunu vurğulayıb.

Bir ay əvvəl komitə eskalasiya zonasında 22 jurnalistin öldürüldüyünü bildirmişdi. Eyni zamanda, təşkilat nümayəndələri qeyd ediblər ki, əksər media işçiləri İsrail əsgərlərinin atəşə tutduğu Qəzzada baş verənləri işıqlandırmaqla ən çox riskə gedirlər.

​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN