Fələstinin HƏMAS hərəkatı İsraillə dörd günlük atəşkəs və İsrail həbsxanalarından məhbusların müqabilində saxladığı girovların azad edilməsinə dair razılaşmanı təsdiqləyib.

Tezadlar.az xəbər verir ki, bəyanat HƏMAS-ın Telegram kanalında yerləşdirilib.

“Bir çox günlər davam edən çətin danışıqlardan sonra Qətər və Misirin yorulmaz və bacarıqlı səyləri sayəsində dörd gün ərzində humanitar atəşkəs haqqında razılığa gəldiyimizi elan edirik”, - bəyanatda deyilir.

HƏMAS təsdiqləyib ki, əldə edilən razılaşmalar çərçivəsində “19 yaşından kiçik 50 məhbus, qadın və uşaq İsrail həbsxanalarından 150 qadın və 19 yaşından kiçik uşağın azad edilməsi müqabilində azad ediləcək”.

Bəyanatda həmçinin qeyd edilir ki, İsrail hökuməti ilə razılaşmanın bir hissəsi olaraq hər iki tərəf “Qəzza zolağının bütün ərazilərində bütün hərbi əməliyyatların” dayandırılmasına zəmanət verən atəşkəsə sadiqdir. Bundan əlavə, “Yüzlərlə yük maşınının humanitar, təcili yardım, tibbi yardım, eləcə də yanacağın Qəzza zolağının şimalına və cənubuna bütün ərazilərinə çatdırılması” təmin ediləcək.

HƏMAS həmçinin qeyd edib ki, humanitar fasilənin bir hissəsi olaraq, "Qəzza zolağının cənubunda dörd gün ərzində hava hərəkəti tamamilə dayandırılacaq" və bölgənin şimalında qismən də. “Şimalda hava hərəkəti hər gün saat 10:00-dan 16:00-a qədər (yerli vaxtla) altı saat müddətinə dayandırılacaq”, - məlumatda deyilir.

“Atəşkəs dövründə işğalçılar (İsrail qoşunları – RED.) Qəzza zolağının bütün ərazilərində heç kimə hücum etməməyi və ya həbs etməməyi, həmçinin Salahəddin boyunca insanların şimaldan cənuba sərbəst hərəkətini təmin etməyi öhdələrinə götürürlər”, - mətndə bildirilir.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN