Yasamal rayonu ərazisində, daha dəqiq desək, İmam Hüseyn Məscidinin qarşısındakı Dalan-1 küçəsində ( Abdulla Şaiq Ev Muzeyinin arxası, N.Nərimanovun heykəlinin qarşısı)

43 saylı MİS- in balansında (xidmətində) olan evlərin sakinlərinin qorxudularaq mülklərinin qanunsuz olaraq, dəyər- dəyməzinə ələ keçirilməsi özbaşınalığından yazmışdıq... Və redaksiyaya bu ərazidə yaşayan sakinlərdən daxil olmuş şikayəti araşdırmaq üçün "Təzadlar"ın əməkdaşları qeyd olunan küçənin sakinləri ilə görüşmüş, geniş videomüsahibə almışdılar...

Beləliklə, redaksiyamızın əməkdaşları "Media haqqında" qanunun tələblərinə riayət edərək araşdırmanı daha ətraflı apararaq qarşı tərəfin, daha dəqiq desək, sakinləri qorxudan, yaxud yan- yörəsini uçurdub zibilxanalar yaratmaqla onları bezdirıb evlərini dəyər- dəyməzinə satdıran şəxslərin özləri ilə görüşüb mövqelərini öyrənmək qərarına gəlmişdilər... Hətta şikayətdə əsas füqur kimi adı çəkilən Bakı şəhər İH-nin şöbə müdiri Zülfəli İsmayılovla da telefonda danışmışlar... Sonra sakinlərin gözünün odunu almış İlham Bağırovla da görüş baş tutmuşdur. Hər iki məsul şəxs bəhanələrlə "Burda bizlik məsələ yoxdur, Bakı meriyasının göstərişidir" deyərək ortaya heç bir rəsmi sənəd qoya bilməmişdilər...

XXX 

...Və məlum olurdu ki, bütün bu qalmaqalın, yəni sakinlərin dinc həyatını zəhərə döndərən hadisələrin "baş qəhrəmanı" kimi adı çəkilən İlham Bağırov canından və malından, evindən bezən sakinləri məcbur edib (bezdirib) 19 saylı Notariat Kontoruna aparır, notarius isə gözünü yumub vətəndaşa hansısa kağızı imzalatdırıb yola salırlar... Pulu isə bank vasitəsilə deyil, çöldən- çölə verirlər. Bu necə ola bilər axı? Vətəndaş mülkünü- daşınmaz əmlakını satırsa, alıcının kimliyi bilinməli, rəsmi sənədlər imzalanmalı və s. Bu məsələdə isə korrupsiyanın izi yox, artıq özü ortadadır. Vətəndaşlar belə deyirlər və bu gün də söhbət etdiklərimizin dedikləri bunu təsdiqləyir... Hətta bu ərazidə yaşayış ola- ola ətrafı dağıdıb xarabazara çevirməklə paytaxtın belə bir mərkəzi yerində dinə- imana yaraşmayan əməllər törədilir. Hansı ki, məhz həmin küçədə Peyğəmbərimizin nəvəsinin adını daşıyan İmam Hüseyn Məscidi yerləşir. Burada hər gün azan səslənir, nəzir verilir, Allaha dualar edilir... Bəs qanunsuz əməlləri ilə mülki əhaliyə zülm yaşadanlar Allaha və imam Hüseyn adına, Ali Qanunumuza- Konstitusiyamıza... ağır gedən bu əməli necə törədə bilirlər???

img_4909

XXX 

Uzun sözün qısası, "Təzadlar"ın ciddi araşdırması sayəsində bu gün sakinlərin gözünün odunu alan, amma kimliyini, vəzifə statusunu gizli saxlayan İlham Bağırovun kimliyini tapdıq... Belə ki, şikayətçi vətəndaşların özlərinin iştirakı ilə onların mənzillərinin qeydiyyatda olduğu 43 saylı "JEK"in Nizami adlı rəis əvəzi ilə görüşmək və sakinləri narahat edən suallara cavab tapmağa çalışdıq... Elə buradaca İlham Bağırovun barəsində olduqca maraqlı məlumat əldə etdik. Məlum olur ki, Bakı şəhər İH başçısı Eldar Əzizovun Sərəncamı ilə ərazilər üzrə  "Qiymətləndirici şirkət" adlı MMC yaradılıb. Və sən demə, adını çəkdiyimiz küçədəki zibilxananın, daha doğrusu, viranəliyin yaradıcısı və sakinlərə heç bir rəsmi sənəd təqdim etmədən onlarla bazarlama aparan İlham Bağırov bu şirkətin direktorudur.

Aşağıda bunu təsdiq edən rəsmi sənədi təqdim edirik...

img_4912

(Davamı var)

- Bəs İlham Bağırova bu və ya digər qanunsuz sövdələşmələri etməyi kim tapşırıb?

- Qeyd edilən seysmik zonada çoxmənzilli bina ucaltmaq istəyən şirkət hansı məmura məxsusdur?

- Sakinlər daha hansı sirrin üstünü açdılar? 

- Araçı(makler) işlərini görənlər və qanunsuz əməllərə imza atanlar niyə Eldar Əzizovun adından danışırlar?

"Təzadlar"ın Araşdırma Qrupu

P.S.Şikayətçi sakinlərlə geniş videomüsahibə tezliklə təqdim ediləcək...

img_4781

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN