Qarabağı könüllü tərk edən ermənilər ilə selfi çəkdirib hay-küy salan USAİD daxil olmaqla bir sıra beynəlxalq təşkilat rəhbərləri bir dəfə də olsun Ermənistan işğalı nəticəsində etnik təmizləməyə məruz qalmış 1 milyona yaxın Azərbaycanlı qaçqın və məcburi köçkünlərə nəinki baş çəkdilər, 30 il müddətində bir dəfə də olsun onların taleyindən danışmadılar.
Bunu Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.
Deputat Qarabağda- döğma Füzuli rayonunda yerləşən kəndlərinin də erməni qəsbkarları tərəfindən işğal edilməsini, onlara məxsus olan ev-eşiklərindən, həyat tərzlərindən məhrum olmasını, uzun illər ağır şərtlər altında həyat sürməsini xatırladıb:
"1993-cü ildə Qarabağda yerləşən kəndimiz Ermənistan tərəfindən işğal olundu və həyatımın 10 ilini bu yataqxanada keçirdim. 30 illik Ermənistan işğalı nəticəsind tamamilə dağıdılan kəndimizdən isə qalan sadəcə xarabalıqlardır", - deyə qəmli xatirələrini qeyd edib.
Xatırladaq ki, ötən gün Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkə hesabında ABŞ Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Samanta Pauerin yazısına cavab verib.
O,diqqətə çatdırıb ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 il davam edən işğalı zamanı daha bir milyon azərbaycanlının bədnam və qanlı etnik təmizləməyə məruz qaldığı bir vaxtda ABŞ işğalçı Ermənistan dövlətinin yanında dayanıb.
Hikmət Hacıyev Samanta Pauerin Avrora” mükafatı çətiri altında həmin fondun təsisçisi, Ukraynada separatizmi maliyyələşdirən məşhur oliqarx və çirkli pulların yuyulması ilə məşğul olan Ruben Vardanyanla bir araya gəldiyini də qeyd edib.
Prezidentin köməkçisi Samantadan maskasını çıxarmasını tələb edib.
 
Y.MƏMMƏDLİ
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN