... Onlar 31 il idi ki, Laçına qayıtmaq, uzun illərdir həsrəti ilə yaşadıqları doğma Zabuxa köçüb orda yaşamaq arzusu ilə yaşayırdılar...

Bu arzu məhz bu səhər reallaşdı. Həsənovlar ailəsinin başçısı Rauf Həsənov "Təzadlar"ın əməkdaşına bu sevincini belə bölüşdü: "...Az qala hər gecə Zabuxu yuxularımda görürdüm... Bu arzuma ailəlikcə çatdıq... Allahıma min şükürlər olsun ki, bu gündən Zabuxda öz yurdumuzda ocaq çatacağıq, 31 illik ayrılığa son qoyulacaq...".

  Dövlət Qaçqınkom- dan "Təzadlar"a bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçına keçmiş məcburi köçkünlərin qayıdışı davam edir və bu gün rayonun Zabux kəndinə daha 25 ailənin - 93 nəfərin köçü başlayıb. Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobupark-3” yaşayış kompleksində Zabux sakinləri kəndə yola salınıb.

Qeyd edək ki, noyabrın 20-də Zabuxa daha 25 ailə - 91 nəfər köçürülüb. Elə həmin gün kəndə köçürülən ailələrə mənzillərinin açarları təqdim olunub. Zabuxlular hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər. Köçürülən ailələr Zabux kəndində yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bu günədək Zabuxa 121 ailə (475 nəfər) köçürülüb.

Yurda köçümüz mübarək!

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN