Rusiya Aerokosmik Qüvvələri (RAQ) ilin sonunadək beşinci nəsil Su-57 qırıcılarının yeni partiyasını alacaq.

Bu barədə “Rostec”-in mətbuat xidmətində UAC-nin (“Rostec”-in bir hissəsi) baş direktoru Yuri Slyusara istinadən məlumat verilib.

Onun sözlərinə görə, çoxfunksiyalı Su-35S-lərin tədarükü ilə yanaşı, Komsomolsk-na-Amur Aviasiya Zavodu ilin sonunadək beşinci nəsil Su-57 qırıcılarının növbəti partiyasını təhvil verməyə hazırlaşır.

Bundan əvvəl Rusiyanın iki yerlik gizli qırıcı Su-57-ni patentləşdirdiyi bildirilirdi. Yeni təyyarə universal kimi xarakterizə olunur. Tərtibatçı iddia edir ki, Su-57 havada, suda və yerdəki hədəfləri vurmağa qadirdir.

Kabinədə idarəetmənin bir pilotdan digərinə ötürülməsinə imkan verən sistemlə təchiz edilmiş iki oturacaq var.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN