İsrail Müdafiə Qüvvələrinin (İMQ) əsgərləri Qəzza zolağının şimalındakı “Əl-Şifa” xəstəxanasının binasını tərk ediblər.

Tezadlar.az xəbər verir ki, bu açıqlama ilə “Sky News Arabia” Fələstin mənbələrinə istinadən məlumat yayıb.

İsrail ordusunun geri çəkilmə səbəbləri barədə hələlik məlumat verilməyib. Londonda yerləşən “Arabi21” xəbər portalı iddia edir ki, İMQ əsgərləri xəstəxanadan çıxmazdan əvvəl xəstəxananın elektrik generatorlarını, həmçinin tibbi və oksigen avadanlıqlarını partladıblar.

İsrail ordusu hələlik bu məlumatı şərh etməyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN