Noyabrın 27-də səhər saatlarında Rostov vilayətinin Kamenski rayonunda pilotsuz təyyarə vurulub.

Tezadlar.az bildirir ki, bu barədə vilayətin qubernatoru Vasili Qolubev məlumat verib.

"Yerdə heç bir fəsad yoxdur. Görülən işlərə görə hərbçilərə təşəkkür edirəm", - Rostov vilayətinin başçısı Telgram kanalında bildirib.

Noyabrın 26-da Rusiya Müdafiə Nazirliyi Smolensk vilayətində Ukraynaya məxsus təyyarə tipli pilotsuz təyyarənin məhv edilməsi barədə məlumat vermişdi.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN