Ali Radanın spikeri Ruslan Stefançuk bəyan edib ki, Ukrayna prezidenti Vladimir Zelenski ilə Ukrayna Silahlı Qüvvələrinin (USQ) Ali Baş Komandanı Valeri Zalujnı arasında heç bir münaqişə yoxdur.

Tezadlar.az xəbər verir ki, o, bu sözləri “Politico” qəzetinə müsahibəsində deyib.

"Siyasi və hərbi rəhbərlik arasında heç vaxt bir dəfə də olsun gərginlik olmayıb", - Rada spikeri deyib.

Stefançuk həmçinin Zelenski ilə Zalujnı arasında fikir ayrılığı barədə xəbərləri şayiələr və “Rusiya təbliğatı” adlandırıb.

Daha əvvəl məlum olub ki, Ukrayna prezidentinin ətrafındakılar Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanının “ayıq qənaətləri” ilə razılaşıblar. Qeyd olunur ki, Zelenski ilə Zalujnı arasında münaqişə proqnozlaşdırıla bilən idi, buna Ukrayna qoşunlarının bu yay uğursuz əks-hücum keçirməsi səbəb olub.

Oktyabrın sonunda “The Times” qəzeti Ukrayna lideri ilə baş komandanın əks-hücumun başa çatdırılması məsələsində fikir ayrılığına düşdüyünü yazmışdı. Noyabrın əvvəlində “Washington Post” onlar arasında mümkün münaqişə barədə yazmışdı.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN