Rusiya tərəfi bir sıra Qərb ölkələrinin etirazına baxmayaraq, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) Skopyedə keçiriləcək iclasına hazırlığı davam etdirir.

Tezadlar.az xəbər verir ki, bu barədə noyabrın 29-da Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Hazırda səfərə hazırlıq gedir. Xarici İşlər Nazirləri Şurasında işin konstruktiv şəkildə qurulması üçün hər şey edilir", - Zaxarova brifinq zamanı deyib.

Diplomat əlavə edib ki, Moskva ABŞ və bəzi Qərb ölkələrinin Rusiya tərəfinin bu tədbirdə normal iştirak etməsinə mane olmaq üçün hər cür səy göstərmək cəhdlərini görür.

Zaxarovanın sözlərinə görə, ATƏT-də təmsil olunan Qərb ölkələri heterojendir: onların bəziləri təşkilatın “dağılmaq ərəfəsində” olduğunu anlayır və bunun qarşısını almaq üçün əməkdaşlığa hazırdırlar. Bununla belə, bir sıra dövlətlər öz ağrılı ambisiyalarını təmin etmək üçün ATƏT-in mövcudluğuna təhlükə yaratmağa hazırdırlar.

Bundan əvvəl Mariya Zaxarova bir neçə rusiyalı jurnalistin Skopyedə ATƏT Nazirlər Şurasının iclasını işıqlandırmağa icazə verilmədiyini bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN