Avropa İttifaqı İsraili Qəzzanın cənubunda yəhudi dövlətinin anklavın şimalında istifadə etdiyi hərtərəfli bombardman taktikasına əl atmamağa çağırıb.

Tezadlar.az xəbər verir ki, müvafiq bəyanatı Aİ xarici siyasət xidmətinin rəhbəri Xosep Borrell Aİ xarici işlər nazirlərinin görüşünə gələrkən deyib.

"Qəzzanın bombalanması fövqəladə intensivliklə davam edir. Biz deyirik ki, İsrail Qəzzanın cənubunda şimalda tətbiq etdiyi taktikanı istifadə etməməlidir, lakin vəziyyət dəyişmir, daha da pisləşir, günahsız mülki əhalinin sayı artır. Biz Aİ ölkələri ilə atəşkəs haqqında yox, heç olmasa humanitar vəziyyəti daha az ağırlaşdırmaq üçün hərbi əməliyyatlarda yeni fasilələr silsiləsi barədə razılığa gəlməliyik”, - Borrell bildirib.

"Biz həmçinin münaqişə bitəndən sonra Qəzza ilə nə edəcəyimizi və onun əhalisi ilə nə edəcəyimizi müzakirə etməliyik. Biz deyirik ki, onlar öz torpaqlarından qovulmamalıdırlar, lakin insanlar qəzəblənəndə bunu demək getdikcə çətinləşir, bombalardan qaçaraq Qəzzada artıq olmayan sığınacaqlar axtarırlar", - o deyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN