Moskva yaxınlığındakı Krasnoqorsk şəhər evində gecə baş verən yanğın zamanı iki qadın ölüb.

Paytaxt prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, yanğının sahəsi 600 kvadratmetr olub.

Faciə dekabrın 10-na keçən gecə Opalixa mikrorayonunun Riqa məhəlləsi kottec icmasının Yakornaya küçəsində baş verib. Ölənlər 51 yaşlı qadın və onun 29 yaşlı qızıdır.

"Yanğın söndürüldükdən sonra 1972 və 1994-cü il təvəllüdlü iki qadının cəsədi aşkar edilib", - idarədən bildirilib.

Evdə bir kişi də olub. O, hadisə şahidlərinin eyvana qoyduğu nərdivanla evdən çıxa bilib.

"Sağ qalan şəxsin dediyinə görə, yanğını onun 29 yaşlı qızı törədib", - İstintaq Komitəsi bildirib.

Yanğının başvermə səbəbləri və baş verən şəraitin müəyyən edilməsi prokurorluq tərəfindən nəzarətə götürülüb. Qadının ölümü ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 109-cu maddəsinin 3-cü hissəsi ilə “Ehtiyatsızlıqdan ölümə səbəb olma” ilə cinayət işi başlanıb.

İstintaq yanğının bir neçə versiyasını, o cümlədən yandırma və yanğınla ehtiyatsız davranma variantlarını nəzərdən keçirir. Mütəxəssislər yanğının dəqiq səbəbini müəyyən etmək üçün ekspertiza aparacaqlar.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN