Ukrayna Silahlı Qüvvələrinin üçüncü hücum briqadasının batalyon komandiri Rollo bildirib ki, Rusiya ordusu Ukrayna ordusundan daha yaxşı təchiz olunub.

Bu barədə “Strana.ua” yazır.

Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri texnoloji cəhətdən daha yaxşı təchiz olunub, daha çox texnikaya və daha yaxşı silah və texnikaya malikdir.

O, Rusiya ordusunu “dünyanın əksər ordularından daha ciddi” düşmən adlandırıb.

Qərb müşahidəçiləri qeyd ediblər ki, Ukrayna Rusiya ilə demək olar ki, iki il davam edən qarşıdurmanın nəticələrinə görə, məğlubiyyətə məhkum edilib. Onların fikrincə, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı uğursuz oldu və Qərb getdikcə daha çox Kiyev hakimiyyətinə dəstək verə bilməyəcəyini açıq şəkildə bəyan edir.

Bəzi ekspertlər Donald Trampın ABŞ prezidentliyinə namizədliyini təmin etdiyi 2024-cü ilin birinci yarısında Ukraynanın Rusiya ilə qarşıdurmada məğlub ola biləcəyini, daha sonra isə respublikaçılar Kiyevə yardımın qarşısını alacağını proqnozlaşdırıblar.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN