Serbiyada keçirilən növbədənkənar parlament seçkilərində bütün səsvermə bülletenləri işləndikdən sonra ölkənin hazırkı prezidenti “Aleksandar Vuçiç - Serbiya dayanmamalıdır” koalisiyası 1 milyon 783 min 701 səsə bərabər olan 46,75% nəticə ilə qalib gəlib.

Bu barədə “Tanyuq” agentliyi Respublika Seçki Komissiyasına (RSK) istinadən xəbər verir.

İkinci yerdə 23,66% (902 450) səslə “Serbiya zorakılığa qarşı” müxalifət partiyası qərarlaşıb.

Üçüncü siyasi qüvvə isə 6,55% (249 916 səs) nəticə ilə “İvitsa Daçiç – Serbiyanın baş naziri” koalisiyası olub.

Respublika parlamentinə daxil olmaq üçün minimum həddi “Doktor Miloş Yovanoviç – Serbiyaya ümid” (5,02%, 191 431 səs) koalisiyası və "Biz xalqın səsi - professor, doktor Branimir Nestoroviç" bloku (4,69%, 178 830 səs) əldə edib.

Seçkilərdə seçici fəallığı 58,77% təşkil edib: qeydə alınmış 6 milyon 500 min 666 seçicidən 3 milyon 820 min 746 nəfəri səs verib. Eyni zamanda, xaricdə yerləşən 81 seçki məntəqəsində qeydə alınmış 39 270 seçicidən 31 552-si səs verib. Səkkiz seçki məntəqəsində prosedur səhvləri ilə bağlı şikayətlərə görə təkrar səsvermə keçirilib.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN